
Türkiyənin Adana şəhərində İncirlik hərbi bazasına təxribat hazırlayarkən tutulan İŞİD üzvü olan rusiyalı Renat Bakievin anasına dediyi sözlər hamını şoka salıb.
"Qaynarinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, hərbi bazadan havalanacaq ABŞ təyyarəsini qəzaya uğratmaq üçün kəşfiyyat məlumatları toplamağa gələn Bakievin anası oğlunu geri qaytarmaq üçün Adanaya gəlib. Renat otel otağında oğluna yalvarıb, onu terrorçu qrupdan uzaqlaşdırmağa çalışan anasına "Qapalı geyinmirsən, sən də kafirsən. Səni də öldürmək lazımdır" cavabını verib.
Anası isə görüşün sonunda "Artıq mənim oğlum deyilsən" deyib ölkəsinə geri qayıdıb.
Qeyd edək ki, terrorçu hazırda Adanada həbsxanada saxlanılır.
Gülşən
Qaynarinfo.Az