Xəbər lenti

Rus politoloqdan Qarabağ hədəsi
Dünya13:26 24.04.2014

Rus politoloqdan Qarabağ hədəsi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Belkovski: “Putin ABŞ, Kanada və Fransa ermənilərinin dəstəyini qazanmaq üçün Qarabağın müstəqilliyini tanıya bilər”

Rusiyalı politoloq Stanislav Belkovski bildirib ki, Ukraynanın bir hissəsini tutduqdan sonra Vladimir Putin Dağlıq Qarabağ və Latviya ilə məşğul olacaq.

ANS PRESS-in məlumatına görə, “Radio Svoboda”ya müsahibə verən politoloq ehtimal edir ki, Putin ABŞ, Kanada və Fransa ermənilərinin dəstəyini qazanmaq üçün Dağlıq Qarabağın müstəqilliyini tanıya bilər. 

Qeyd edək ki, Stanislav Belkovski Rusiyada qara piar ustası kimi tanınır və rəsmi dairələr onun bu çıxışlarını heç də ciddi saymırlar. Atası polyak və anası yəhudi olan bu politoloq hətta 2005-ci ildə Rusiyanı monarxiyaya çevirmək məqsədi daşıyan konstitusiya layihəsi işləmişdi. 

Rəsmi Moskva heç zaman Dağlıq Qarabağla Krımı eyniləşdirmir. Krım əvvəlcə Rusiyaya məxsus olub və sadəcə SSRİ rəhbəri Nikita Xruşşev tərəfindən Ukraynaya bağışlanıb. Amma Dağlıq Qarabağ isə bütün hüquqi sənədlərdə tarixən Azərbaycana məxsus olub.

Qaynar.info