Dünya 11:56 19.05.2022

Rus polkovnik canlı efirdə Rusiyanı tənqid etdi: "Etirafa nifrət etsək də..."

Rusiya ordusunun istefada olan polkovniki Mixail Xodaryonok "Rossiya-1” telekanalında Olqa Skabeyevanın təqdim etdiyi "60 dəqiqə” proqramında Rusiyanın Ukraynaya hücumlarını tənqid edib. 

Qaynarinfo xəbər verir ki, Xodaryonok Ukraynadakı vəziyyətin Rusiya ordusu üçün getdikcə pisləşdiyini deyib.

"Ukrayna qərbdən əlavə hərbi yardım aldığı üçün vəziyyətin Rusiya üçün daha da pisləşdiyi açıq-aşkardır. Ukrayna ordusu 1 milyon ukraynalını silahlandıra bilər", deyə Xodarenok bildirib.

Polkovnik Rusiyanın Ukraynadakı əməliyyatlarına görə bütün dünyanın onlara qarşı durduğunu qeyd edib: "Rusiyanın hərbi və siyasi vəziyyəti ilə bağlı ən böyük problem tam təcrid vəziyyətində olmağımız və bütün dünyanın bizə qarşı olmasıdır. Etirafa nə qədər nifrət etsək də, bütün dünya həqiqətən bizə qarşıdır və biz bu vəziyyətdən çıxmalıyıq".

Xodaryonokun sözləri studiyada soyuq duş effekti yaradıb və aparıcı Skabeyeva dəfələrlə ehtiyatda olan polkovnikin sözünü kəsməyə çalışıb.

Aydın