Xəbər lenti

Rus qırıcısı ilə ABŞ təyyarəsi havada burun- buruna gəldi
Dünya07:49 30.04.2016

Rus qırıcısı ilə ABŞ təyyarəsi havada burun- buruna gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya qırıcısı ABŞ-ın təyyarəsini səmada narahat edib.
Qaynarinfo.az lent.az-a istinadən xəbər verir ki, bunu Pentaqon nümayəndəsi Laura Seal jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərnə görə, 29 aprel tarixində ABŞ təyyarəsi Baltik dənizində olan beynəlxalq sularda kəşfiyyat xarakterli uçuşda olarkən rus qırıcısı tərəfindən narahat edilib. 
L.Seal hətta rus qırıcısının ABŞ təyyarəsinə 7,5 metr məsafəyə qədər yaxınlaşdığını da deyib.
Pentaqon sözcüsünün sözlərinə görə, rus qırıcılarının bu cür hərəkətləri iki ölkə arasında olan münasibətlərin gərginləşməsinə gətirib çıxara bilər.
Qeyd edək ki, bir neçə həftə əvvəl də buna bənzər olay baş vermişdi. Yenə rus qırıcısı ABŞ-ın səmada olan təyyarəsini izləməyə başlamışdı. Bundan sonra ABŞ xarici işlər naziri Con Kerri "rus qırıcılarını vura bilərik" deyə açıqlama vermişdi.
Qaynarinfo.az