Fevralın 7-dən etibarən Rusiya işğalçı qüvvələri Donetsk vilayətinin Baxmut və Uqledar yaxınlığındakı döyüşlərdə taktiki uğurlar qazansa da, böyük itkilər verib.
Qaynarinfo bu barədə Unian-a istinadla xəbər
verir.
"Donetsk vilayətinin Baxmut şəhərinin şimal kənarında Vaqner qrupunun qüvvələri şəhərə gedən əsas M-03 yolunun yaxınlığındakı kəndlərə nəzarət edərək 2-3 km qərbə doğru irəliləyib", Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən bildirib.
Britaniya kəşfiyyatının qeyd etdiyi kimi, Rusiya qüvvələri Baxmuta şimaldan yaxınlaşmalarda getdikcə üstünlük təşkil edir.
"Cənubda rus bölmələri Uqledar şəhərinin qərb kənarına doğru irəliləyərək, yanvarın sonunda hücum əməliyyatlarını bərpa ediblər", - kəşfiyyat xidməti qeyd edib.
Bununla belə, vurğulandığı kimi, rus bölmələrinin Uqledar yaxınlığında təcrübəsiz birləşmələrin iştirak etdiyi üçün xüsusilə ağır itkilər verdiyi güman edilir.
"Bir insidentdə, uğursuz hücumdan sonra rus qoşunları qaçaraq ən azı 30-a yaxın zirehli texnikanı atıb gedib", - Britaniya kəşfiyyatı əlavə edib.
Alpər