Xəbər lenti

Rus qoşunları Xersonda küçə döyüşlərinə hazırlaşır
Dünya08:58 11.07.2022

Rus qoşunları Xersonda küçə döyüşlərinə hazırlaşır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rus işğalçı qoşunları Xersonda küçə döyüşlərinə hazırlaşır. Əgər onları şəhərdən qovmaq mümkün olsa, o zaman onlar Dneprin sol sahilinə keçəcəklər.
RBC-Ukrayna "Teleqaraf”a istinadən xəbər verir ki, bunu Xerson vilayətinin mülki-hərbi administrasiyasının rəhbərinin müşaviri Serhiy Hlan deyib.
O, ümid edir ki, işğalçılar şəhərdən döyüşsüz çıxarıla bilər.
"Son günlər küçə döyüşləri üçün mövqelərin gücləndirilməsi ilə bağlı həyəcanlı siqnallar eşidirəm. Və bu, mülki insanlar üçün böyük təhlükədir. Ümid edirəm ki, rusları Xersondan döyüşmədən çıxara biləcəyik və onlar Dneprin sol sahilinə keçəcəklər. Lakin biz hər şeyə hazır olmalıyıq”, - Hlan bildirib.
Nizami Bağırov