Xəbər lenti

Rus senatordan təklif: “Biz də Almaniyanın birləşməsini qeyri-legitim hesab edək”
Dünya08:54 21.09.2022

Rus senatordan təklif: “Biz də Almaniyanın birləşməsini qeyri-legitim hesab edək”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Berlinin Rusiya ordusu tərəfindən işğal olunan Ukrayna ərazilərində keçirilən referendumlarının legitimliyini tanımaqdan imtina etməsinə cavab olaraq, Moskva Almaniya Federativ Respublikası ilə Almaniya Demokratik Respublikaların birləşməsini tanımaya bilər. Bu fikri Federasiya Şurasının beynəlxalq məsələlər komitəsi rəhbərinin birinci müavini senator Vladimir Cabarov deyib.
Qaynarinfo xəbər verir ki, bu barədə "moscowtimes” senatorun teleqram kanalına istinadən məlumat yayıb.
"Gəlin biz də Almaniya Federativ Respublikası tərəfindən başqa bir müstəqil Alman dövlətinin - Almaniya Demokratik Respublikasının özünə birləşdirilməsini tanımayaq. Orada referendum olmayıb və heç kim ADR vətəndaşlarının fikri ilə maraqlanmayıb”, - senator yazıb. 
Xatırladaq ki, bundan əvvəl Almaniya kansleri Olaf Şolts Ukraynanın işğal olunmuş ərazilərində keçiriləcək referendumları "qondarma” adlandırıb. Berlinin Donbas və Ukraynanın digər vilayətlərinin Rusiyaya daxil olması ilə bağlı səsvermənin nəticələrinin tanımayacağını bildirib. 
Nizami Bağırov