Meşə yanğınları zamanı Türkiyədə dincələn bir rus turist xanım bəzi həmyerlilərini qeyri-adekvat davranışlarına görə qınayıb.
Qaynarinfo xəbər verir ki, rus turist müşahidələrini Yandex.Zen platformasında yayımlanan "Turizmin incəlikləri" portalında paylaşıb.
Rus qadın iyulun sonunda Mərmərəyə gedib, üç gün sonra meşə yanğınları kurorta qədər gəlib çatıb. Bununla belə turistlər arasında heç bir çaxnaşma olmayıb və turistin dediyinə görə, hotel personalı öz işlərini məsuliyyətlə yerinə yetiriblər.
Kurort çox qısa vaxtda təbii fəlakət zonasına çevrilib. "Bir neçə dəqiqə ərzində boz-narıncı tüstü buludu göründü, sirenalar səslənib, vertolyotlar uçub və yanğınsöndürən maşınlar küçələrdə get-gəl edib", - rus qadın təəssüratlarını bölüşüb.
İstirahət edənlər üçün heç bir təhlükənin olmadığı deyilib, lakin lazım gələrsə, onların başqa yerə köçürülə biləcəkləri barədə əvvəlcədən xəbərdarlıq edilib. Müəllif qeyd edib ki, bəzi rus turistlər tur agentlərinə zəng vuraraq otaq kateqoriyalarını və ya yemək səviyyələrini yüksəltməyi və ya endirim almağı tələb etməyə başlayıblar.
Rus turistlər kurort bölgəsindəki meşə yanğınları söndürüldükdən sonra eyni tələbləri irəli sürməyə başlayıblar. Buna baxmayaraq, bəzi ruslar hələ də endirim tələb etməkdən qalmayıblar.
"Onlaraın tələbləri rədd edildikdə, bir həmvətənimiz nə deyəcəyini bilmədi və "Bizdə Yakutiyada da yanğın var, amma biz ağlamırıq", - sözləriylə cavab verib.
Bu cür adamların olmasına baxmayaraq, istirahət edənlərin əksəriyyəti vəziyyətə anlayışla yanaşır və "qalmaqal və tələb" təşkil etməyib. Bundan əlavə, ödənişli ekskursiyalara gedə bilməyən turistlərə xərcləri tam qaytarılıb.
Alpər