Xəbər lenti

Rus türkoloqdan Baydenin antitürk addımına fərqli baxış: Domino effekti...
Dünya13:50 26.04.2021

Rus türkoloqdan Baydenin antitürk addımına fərqli baxış: Domino effekti...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vladimir Solavyovun dünənki verilişində Vladimir Avatkov - tanınmış Rusiya türkoloqu, qarşısındakı bütün antitürk, antiazərbaycan koalisiyasına tutarlı cavablarıyla hörmətini artırdı.
Qaynarinfo xəbər verir ki, bu sözləri yazıçı-publisist Həmid Herisçi öz sosial şəbəkə hesabında yazıb. 
O, Avatkovun çıxışından sitatı təqdim edib:
"Baydenin məlum antitürk mövqeyi, uzaq məqsədlidir. O, DOMİNO EFFEKTİ-nə hesablanıb. Əvvəlcə, ABŞ soyqırım qərarını qəbul edir, nəticədə avtomatik olaraq Türkiyə və Azərbaycanın vahid mövqeyi möhkəmlənir. Sinxron olaraq türk dünyası dalğalanır, Bakı ilə Ankara öz coğrafi nəzərini Şərqə, Türküstana çevirir. Dünyanı tən ortadan bölən coğrafi xətti, Qərbdə Britaniya, Şərqdə Yaponya qapsayır. Beləliklə dünya geopolitik xəritəsi yeni redaktorlar qazanır. Türk dünyası texnoloji Yaponya ilə Britaniyanın yedəyində dünya geopolitkasına sıçrayır”.
Həmid Herisçi Avatkovun dediklərini şərh edərək yazıb:
"Avatkovun dedikləri qarşı tərəfdə əsl soyuq duş effekti yaratdı. Konstantin Zatullin başda olmaqla, bütün antitürk, antiazərbaycan ordusu başını aşağı salladılar.
Rusiya seçim etməlidir. Ya Türk dünyasına yaşıl işiıq yandırmalı, ya da Britaniya ilə Yaponyanın timsalında həm Qərb, həm Şərq cəbhələrində sərhədlərini möhkəmləndirməlidir. Türklərə qarşı yalnız qədim Çin imperatorları möhtəşəm "Çin səddini" tikmişdilər. Rusiyanın isə ikinci "türk səddinə" gücü çatmayacaq.
Rusiya təcili olaraq öz antitürk mövqeyində redəktələr aparmalıdır”.
Alpər