Xəbər lenti

Rus zabitlər əmrə tabe olmurlar - Pentaqon
Dünya07:04 10.05.2022

Rus zabitlər əmrə tabe olmurlar - Pentaqon

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya qoşunları öz rəhbərliyinin əmrlərinə tabe olmaqdan və Donbasda irəliləməkdən imtina edir.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN Pentaqonun adı açıqlanmayan yüksək rütbəli rəsmisinə istinadən xəbər yayıb.
Onun sözlərinə görə, "tabor səviyyəsinə qədər olan orta rütbəli zabitlər” əmrlərə tabe olmaqdan imtina edirlər. Rəsmi bildirib ki, rus zabitləri "ya əmrlərə tabe olmaqdan imtina ediblər, ya da onlar əmrləri, zabitlərdən gözlənilən dərəcədə canfəşanlıqla yerinə yetirmirlər”.
Qeyd olunur ki, Ukraynaya qarşı müharibə başlayandan işğalçıların əhval-ruhiyyəsi aşağıdır, lakin bu, Rusiya qoşunlarının çoxsaylı problemlərindən yalnız biridir. O, aydınlaşdırıb ki, işğalçıların logistika ilə bağlı problemləri var.
Pentaqonun məlumatına görə, hazırda Ukraynada Rusiyanın 97 tabor səviyyəsində taktiki qrupları (TTQ) var.
Nizami Bağırov