Britaniya Kral Birləşmiş Xidmətlər İnstitutu (RUSI) Ukrayna hakimiyyətinə xəbərdarlıq edib ki, onlar Rusiyanın kritik infrastruktura güclü hücumlar həyata keçirməsi ehtimalına hazır olmalıdırlar.
Qaynarinfo xəbər verir ki, bu barədə RUSI-nin rəsmi saytında yerləşdirilən məqalədə
deyilir.
"Rusiyanın Ukraynanın kritik milli infrastrukturuna qarşıdan gələn zərbələri strateji ölçüdə təhlükə olaraq qalır", deyə məlumatda bildirilir.
RUSI tədqiqatçısının sözlərinə görə, Rusiya ordusu hərbi sənayedən getdikcə daha çox zərbə silahı alır. O, son bir ildə Rusiyanın uzaqmənzilli raketlərinin istehsalının iki dəfədən çox artmasına da diqqət çəkib. Bununla bağlı o, bəyan edib ki, əgər Ukrayna hakimiyyəti infrastruktur obyektlərinə mümkün hücumlara vaxtında hazırlaşmasa, ölkənin bir neçə regionu müvəqqəti olaraq işıqsız və istiliksiz qalmaq riski ilə üzləşəcək.
Oktyabrın 8-də Ukraynanın energetika naziri German Qaluşenko vətəndaşlara hərbi əməliyyatlar zamanı ölkənin infrastruktur obyektlərinin zədələnməsi ilə əlaqədar qış üçün elektrik generatorları almaq xahişi ilə müraciət edib. Nazir əlavə edib ki, Ukrayna hakimiyyət orqanları enerji infrastrukturu obyektlərinə mümkün hücumlardan dəyən ziyanı minimuma endirmək üçün hava hücumundan müdafiə sistemlərinin fəaliyyətini yaxşılaşdırmağa çalışacaq. Bu halda ukraynalılar generatorlardan istifadə etmək məcburiyyətində qalmayacaqlar.
Ukraynanın baş naziri Denis Şmıqal sentyabrda ölkəni çətin qışla qarşı-qarşıya qoyacağını bildirib. Lakin o, əmindir ki, Kiyev buna 2022-ci ilə nisbətən daha yaxşı hazırdır.
Aydın