Xəbər lenti

Rusiya 10 mindən çox şimal koreyalı hərbçini Ukraynada döyüşməyə hazırlayır - KİV
Dünya 14:02 16.10.2024

Rusiya 10 mindən çox şimal koreyalı hərbçini Ukraynada döyüşməyə hazırlayır - KİV

Rusiya Uzaq Şərqdə 10 mindən çox şimal koreyalı hərbçinin hazırlığını aparır.

Qaynarinfo xəbər verir ki, bu barədə "RBK-Ukrayna" müdafiə qüvvələrindəki mənbəyə istinad edərək yazır.

Bildirilir ki, onların hazırlığı Ukrayna yaxınlığındakı sərhəd bölgələrinə göndərilmək və Rusiya ordusunun şəxsi heyətini boşaltmaq üçün aparılır.

Qeyd edək ki, daha əvvəl ABŞ-ın Müharibəni Araşdırma İnstitutunda "bir neçə min" şimal koreyalı piyadanın Rusiya ərazisində hazırlandığı bildirilib. Həmin dövrdə bu hərbçilərin Ukrayna cəbhəsinə və ya Rusiyanın sərhəd bölgələrinə göndəriləcəyi, "müharibə əməliyyatları üçün ehtiyatların azad edilməsi" məqsədilə nəzərdə tutulduğu da vurğulanmışdı. Bu hadisənin 2024-cü ilin sonuna qədər baş verməsi gözlənilir.

Şimal koreyalı əsgərlərin Ukraynadakı müharibəyə göndərilməsi ilə bağlı məlumatları şərh edən hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenkonun vurğuladığına görə, müharibəni davam etdirmək üçün insan resursuna olan ehtiyac Putinin prioritetidir.

Bu səbəbdən, onun fikrincə, "KXDR-dən gələn döyüş bölmələrinin Rusiya işğalçı qüvvələrinin tərkibində olması tamamilə məntiqlidir". Ekspert şimal koreyalı bölmələrin Rusiyanın arxa tərəfdə, sərhəd zonasındakı və ya müvəqqəti işğal altındakı ərazilərdə yerləşdirilə biləcəyi fikrni irəli sürüb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->