Xəbər lenti

Rusiya 11 ay ərzində Avropa İttifaqına boru kəməri ilə qaz nəqlini 60% azaldıb
Dünya11:01 19.12.2023

Rusiya 11 ay ərzində Avropa İttifaqına boru kəməri ilə qaz nəqlini 60% azaldıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qaz ixrac edən ölkələr forumunun (GECF) aylıq hesabatında bildirilir ki, yanvar-noyabr aylarında Rusiya Aİ ölkələrinə boru kəməri ilə qaz tədarükünü illik müqayisədə 60% azaldıb və 24 milyard kubmetr təşkil edib. Rusiyanın boru kəmərləri vasitəsilə Aİ-nin ümumi qaz idxalında payı ötən ilin yanvar-noyabr aylarındaki 32%-dən 17%-ə qədər azalıb. Orta aylıq tədarük ötən ilin eyni dövründəki 5,5 milyard kubmetrdən və 2019-2021-ci illərdəki 12,4 milyard kubmetrdən 2,2 milyard kubmetrə düşüb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Vedomosti" yazır.
Digər tədarükçülər də 2023-cü ildə Aİ-yə tədarükləri artırmayıb. Yanvar-noyabr aylarında Norveç tədarükü illik müqayisədə 13% azaldaraq 76 milyard kubmetrə çatdırıb. Əlcəzair, Azərbaycan və Liviyadan idxal ötən ilin 11 ayı səviyyəsində qalıb. Nəticədə, 11 ay ərzində Avropa İttifaqına boru kəməri qazının ümumi idxalı 25% azalaraq 141,7 milyard kubmetrə düşüb.
"BCS World of Investments”in baş analitiki Ronald Smit nəşrə izah edib ki, bu dinamika idxalçıların məhdud resursları ilə bağlıdır. Norveçdən qaz tədarükü bu ölkədə hasilat həcmləri, Azərbaycandan qaz nəqli infrastrukturunun imkanları, Şimali Afrikadan isə keçən il 12 illik pik həddinə çatması ilə məhdudlaşır və qısamüddətli perspektivdə tədarükün artırılmasına imkan azdır. 
GECF-in məlumatına görə, yanvar-noyabr aylarında Avropaya, o cümlədən Böyük Britaniya və Türkiyəyə mayeləşdirilmiş təbii qazın (LNG) idxalı ötən ilin səviyyəsində qalıb. Avropanın yeraltı qaz anbarlarının operatorları assosiasiyası Gas Infrastructure Europe (GIE) məlumatına görə, yanvar-noyabr aylarında Aİ-yə LNG idxalı illik müqayisədə 4% artıb. Rusiyadan boru kəməri ilə qaz tədarükünün azalması Avropada yanacaq sərfiyyatının azalması ilə kompensasiya edilib. GECF-in məlumatına görə, Avropa İttifaqında qaza tələbat 11 ay ərzində illik müqayisədə 5% və ya 15 milyard kubmetr azalaraq 298 milyard kubmetrə düşüb. Aİ-də qaz istehlakının azalması 2021-2022-ci illərdə qazın qiymətinin kəskin bahalaşmasının və bunun nəticəsində yaranan enerji böhranının, eləcə də keçən ilin anomal isti qışın və enerji balansında bərpa olunan enerji mənbələrinin payının artmasının nəticələrindən biridir. 
İndi Aİ-də qazın qiymətləri müharibə və sanksiyalar, həmçinin dekabr ayında Yəmənin "Ənsar Allah” (hüsilər) qruplaşmasının BƏƏ və Səudiyyə Ərəbistanının Yəmən əleyhinə koalisiyaya qoşulacağı təqdirdə onların neft və qaz yataqlarına hücum edəcəyi təhdidləri səbəbindən yüksəlir. 
Nizami Bağırov