Xəbər lenti

Rusiya 1945-ə aid “məxfi” qrifli fotoları üzə çıxardı (FOTO/VİDEO)
Dünya07:47 04.02.2020

Rusiya 1945-ə aid “məxfi” qrifli fotoları üzə çıxardı (FOTO/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
SSRİ, ABŞ və İngiltərə liderlərinin, yəni İ. Stalin, F. Ruzvelt və U.Çörçillin iştirak etdiyi Yalta konfransının keçirildiyi Livadia Sarayında 1945-ci ildə çəkilmiş məşhur materialları və rəsmi fotoşəkilləri hər kəs görüb. Bəs qonaqları Sevastopolda kimlər qarşılamış, kimlər müşayiət etmişdi? Bax bu zaman çəkilən şəkillər (onların çoxu) uzun müddət "tam məxfi" qrifi altında olub. 
Qaynarinfo xəbər verir ki, həmin məxfi fotoşəkillər nəhayət Krım zirvəsinin 75 illiyi ərəfəsində (4-11 fevral 1945) Rusiya Müdafiə Nazirliyi tərəfindən yayımlanıb. Demək lazımdır ki, İnternetdə göründükdən dərhal sonra dünyada milyonlarla insanın diqqətini cəlb etməsi yalnız bir şeyi göstərir: İkinci Dünya Müharibəsinin tarixi planetimizdəki bir çox insan, xüsusən avropalı və amerikalılar üçün hələ də çox maraqlıdır.
Bu köhnə fotolardan da göründüyü kimi, Sevastopoldakı xarici heyəti Rusiya diplomatları və SSRİ Xarici İşlər naziri V.Molotovun rəhbərlik etdiyi hərbçilər qarşılayır. Gələn xarici nümayəndə heyəti Sevastopola böyük maraq göstərir, Sapun dağında almanların tərk etdiyi avadanlıqları yoxlayır, həmçinin 19-cu əsrin ortalarında Krım müharibəsində həlak olmuş İngilis əsgərlərini yad edir, Britaniya qəbiristanlığını, Malaxov Kurqanı və digər tarixi abidələri ziyarət edir.
Həmin vaxt Amerika və Sovet dənizçiləri "öz" meydanlarında, yəni Rusiya kreyserində görüşürlər. Daha sonra isə onlar üçün Donanma Evində dostluq konfransı keçirilir, ardıyca da birgə nahar edirlər. 
Alpər
<iframe width="707" height="427" src="https://www.youtube.com/embed/6DOHsSVhLtc" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">