Xəbər lenti

Rusiya 2024-də Ukrayna ərazisindən qaz tranzitinin uzadılması şərtlərini açıqladı
Dünya06:46 13.07.2022

Rusiya 2024-də Ukrayna ərazisindən qaz tranzitinin uzadılması şərtlərini açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskva Avropada tələbat davam edərsə və Ukraynanın qaz nəqli sistemi işə düşərsə, Ukrayna tranzitinin 2024-cü ildən sonra da uzadılması ehtimalını istisna etmir.
Qaynarinfo xəbər verir ki, bunu RİA Novosti-yə Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevski deyib.
Ukrayna ərazisindən qaz tranziti üzrə mövcud müqavilənin müddəti 2024-cü ildə başa çatır.
"Aİ Rusiya təbii qazından imtina siyasətini elan edib. Bu, həm Ukrayna tranzitindən imtina etmək, həm də Kiyevi gəlirdən məhrum etmək deməkdir. Avropalı istehlakçıların tələbi davam edərsə və Ukraynanın qaz nəqli sistemi işlək vəziyyətdə olarsa, o zaman Rusiya digər variantlarla yanaşı, Ukrayna tranzitinin davam etdirilməsi imkanlarını da nəzərdən keçirməyə hazır olacaq”, – Biriçevski bildirib.
Onun sözlərinə görə, Rusiya hazırkı müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirir və xatırladıb ki, hazırda tranzit "Soxranivka” qazölçən məntəqəsi vasitəsilə qaz nəql etməkdən imtina edən Ukrayna hakimiyyəti tərəfindən məhdudlaşdırılıb.
Martın 23-də Rusiya prezidenti Vladimir Putin hesablamalarda dollar və avrodan istifadəni dayandırmaq üçün Aİ ölkələrinə və Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edən digər dövlətlərə təbii qaz tədarükü üçün ödənişin rubla köçürüldüyünü açıqlayıb. Sonra prezident müvafiq fərman imzalayıb və deyib ki, əgər "dost olmayan” ölkələr aprelin 1-dən rublla ödəniş etməsələr, Rusiya bunu qaz müqavilələri üzrə defolt hesab edəcək.
Yeni sxemə görə, Qazprombank xarici alıcılara qazın ödənişi üçün xüsusi valyuta və rubl hesabları açacaq. Alıcı "mavi yanacağın tədarükü üçün müqavilədə göstərilən valyutada ilk hesaba vəsait köçürə biləcək", bank onu Moskva birjasında satacaq, bundan sonra bu hesabdan qaza görə təchizatçı – Qazprom ilə hesablaşmalar aparılacaq”.
Alpər