Xəbər lenti

Rusiya 45 Polşa diplomatını persona non-qrata elan etdi
Dünya15:48 08.04.2022

Rusiya 45 Polşa diplomatını persona non-qrata elan etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya XİN-in məlumatına görə, Varşavanın hərəkətlərinə cavab olaraq Polşa səfirliyinin 45 əməkdaşını persona non-qrata elan edilib.
Qaynarinfo RİA Novosti-yə istinadla xəbər verir ki, bu gün diplomatik idarə səfir Kşiştof Krayevskini kabinetinə çağırıb və ona Rusiyanın Polşadakı xarici nümayəndəliklərinin 45 əməkdaşının ölkədən çıxarılması ilə bağlı kəskin etirazını bildirib.
"Moskva belə bir addımı Varşavanın ikitərəfli münasibətləri məhv etmək üçün şüurlu istəyinin təsdiqi kimi qiymətləndirir və bunun üçün məsuliyyət tamamilə Polşa tərəfinin üzərinə düşür", - XİN vurğulayıb.
Aydın
Qaynarinfo