Ukraynanın ən böyük polad şirkətinin rəhbəri Rusiya hökumətini ölkəsinə məxsus poladı talamaqda ittiham edib.
Qaynarinfo bu barədə BBC-ə istinadən xəbər
verir.
"Metinwest"in icraçı direktoru Yuri Rijenkovun sözlərinə görə, Rus ordusu ölkənin zavod və limanlarından 600 milyon dollar dəyərində Ukrayna poladını oğurlayaraq yerli və xarici müştərilərə satmaq, bir hissəsini isə Böyük Britaniyadakı alıcılara çatdırmaq üçün Rusiyaya ötürür.
Qeyd edilir ki ,"Metinwest" Rusiyanın Mariupola hücumu və dağıdılması zamanı ukraynalı əsgərlərin və mülki şəxslərin son sığınacağı olan Azovstal polad zavodunun sahibidir.
M.Arif