Xəbər lenti

Rusiya ABŞ-ın cavabını verəcək
Dünya13:48 29.04.2014

Rusiya ABŞ-ın cavabını verəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Biz ABŞ-ın sanksiyalarına sərt şəkildə cavab verəcəyik”.

 “Axar.az” xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ABŞ-ın sanksiya qərarları ilə bağlı sualları cavablandırarkən bildirib.

Ryabkov bu sanksiyaları qeyri-qanuni adlandırıb:

"Rusiyaya təzyiq üçün verilən sanksiya qərarlarını ciddi olaraq qınayırıq. Təktərəfli sanksiyalar təbii olaraq qanuni deyil. Bu qərarlar beynəlxalq hüququn tələblərinə zidd olduğu kimi,  beynəlxalq münasibətlərə də ziddir. Biz ABŞ-ın sanksiyalarına sərt şəkildə cavab verəcəyik. Bunun üçün görüləcək tədbirlər olduqca geniş olacaq. Heç kim Rusiyaya diktə etmə haqqına sahib deyil. Bizə qarşı tətbiq edilən sanksiyalar onların zərərinə olacaq”.

Qaynar.info