Xəbər lenti

Rusiya ABŞ-ın qətnaməsinə veto qoydu
Dünya08:23 16.03.2014

Rusiya ABŞ-ın qətnaməsinə veto qoydu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

BMT Təhlükəsizlik Şurasında ABŞ-ın Krımın statusuna dair referendumu mühakimə edən qətnamə layihəsini qəbul etmək mümkün olmayıb. 

Səsvermə zamanı Rusiya qətnamə layihəsinə veto qoyub, Çin isə bitərəf qalıb. 

Təhlükəsizlik Şurasının qalan üzvləri layihənin lehinə səs verib.

ANS PRESS-in məlumatına görə, səsverməyə az qalmış Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin bununla bağlı xəbərdarlıq edib. 

“Biz Krım Respublikasının sakinlərinə özlərinin gələcəyini müəyyənləşdirmək imkanı verən referendumun hüquqi qüvvəsinin olmadığını elan edən sənədlə razılaşa bilmərik” –deyə V.Çurkin bildirib.

Xatırladaq ki, Krımın statusuna dair referendum martın 16-da keçiriləcək.

Qaynar.info