Xəbər lenti

Rusiya ABŞ-ın yeni sanksiyalarını təxribat adlandırıb
Dünya17:24 31.07.2015

Rusiya ABŞ-ın yeni sanksiyalarını təxribat adlandırıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya XİN-i ABŞ-ın tətbiq etdiyi yeni sanksiyalara münasibətini bildirib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə,  XİN-dən bildiriblər ki, rəsmi Vaşinqtonun hərəkətləri sübut edir ki, ABŞ rəhbərliyi qarşıdurma yolunu seçib.

“Belə təxribat yönümlü hərəkətlər Rusiya-ABŞ münasibətlərinə ciddi xələl gətirir və dünyada  digər problemlərin həllində qarşılıqlı əlaqələri əngəlləyir. Rusiya bu kimi hərəkətləri cavabsız qoymayacaq”, - XİN-in şərhində deyilir.  

Qeyd edək ki, ABŞ-ın Maliyyə nazirliyi Rusiyanın 11 fiziki və 15 hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib. ABŞ hökuməti  “qara siyahı”-ya düşənləri Krıma qarşı tətbiq edilən sanksiyalara məhəl qoymamaqda günahlandırır.

Qaynar.info