Rusiya tərəfi ABŞ-la terrorizmə qarşı mübarizə sahəsində 2018-2019-cu illərdə aparılan dialoqu canlandırmağa hazırdır.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Rusiya diplomatik nümayəndəliyinin "Facebook" səhifəsində yazıb.
Paylaşım 11 sentyabr 2001-ci il terror hücumlarının 20-ci ildönümünə həsr edilib:
"Rusiya tərəfi bu formatdakı işləri canlandırmağa hazırdır. Bu bizim təbii prioritetimizdir. Bütün ziddiyyətləri və mübahisələri kənara qoymalı və təkcə dövlətlərimizin deyil, bütün bəşəriyyətin təhlükəsizliyi və rifahı naminə əməkdaşlıq etməliyik. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri statusu buna məcbur edir.
Rusiya-ABŞ münasibətləri tarixində antiterror sahəsində əməkdaşlıq böyük hücumların qarşısını almasına kömək edib. ABŞ xüsusi xidmət orqanları 2017 və 2019-cu illərdə Sankt-Peterburqda planlaşdırılan iki terror aktınının qarşısını aldı".
Xəyal