Xəbər lenti

Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı Surovikini kimin əvəzlədiyi məlum oldu
Dünya06:07 23.08.2023

Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı Surovikini kimin əvəzlədiyi məlum oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sergey Surovikinin yerinə Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı səlahiyyətlərini icra edən Aerokosmik Qüvvələrin Baş Qərargah rəisi general Viktor Afzalov təyin edilib. 
Qaynarinfo xəbər verir ki, bu barədə "RİA Novosti” məlumatlı mənbəyə istinadən yazıb.
RBC yazır ki, ordu generalı Surovikin başqa işə keçdiyi üçün tutduğu vəzifədən azad edilib. İndi o, qısamüddətli məzuniyyətdədir, - qəzet qeyd edir.
Əvvəllər Afzalov Surovikin xüsusi hərbi əməliyyat zonasında Qoşunların və Qüvvələrin Birləşmiş Qrupuna komandanlıq etdiyi zaman artıq Aerokosmik Qüvvələrin Baş Komandanı vəzifəsini icra edib.
Qeyd edək ki, Sergey Surovikin 2017-ci ilin oktyabrında Aerokosmik Qüvvələrin Ali Baş Komandanı təyin edilib. 2022-ci ilin oktyabrında müharibə zonasında bir qrup qüvvənin komandiri təyin edilib, bu ilin yanvarında komandirin müavini olub. 2017-ci ilə qədər o, Suriyadakı rus qruplaşmasına komandanlıq edib.
23 iyun 2023-cü il gecəsindən bəri Surovikin ictimaiyyətə görünməyib. Bir neçə gün sonra "The New York Times” Amerika rəsmilərinə istinadən yazıb ki, guya general "Vaqner” şirkətinin yaradıcısı Yevgeni Priqojinin silahlı üsyan təşkil etmək planlarından əvvəlcədən xəbərdar olub.
Alpər