Rusiya Avropa İttifaqının rəhbər şəxslərinin adlarını "qara siyahı”ya daxil edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilir ki, Avropa İttifaqının rəhbər şəxslərinə, o cümlədən Rusiyaya əks siyasət yürüdən bir sıra Avropa komissarlarına və hərbi qurumların rəislərinə, Avropa parlamentinin üzvlərinin əksəriyyətinə Rusiya ərazisinə giriş qadağan edilib.
Eyni zamanda, siyahıya Avropa ölkələrinin Rusiyaya qarşı sanksiyalara tərəfdar olan bir sıra ictimai xadimləri və KİV nümayəndələrinin adları da daxil edilib.