Dünya 13:05 27.08.2022

Rusiya Aİ üzvü olan Macarıstanda iki nüvə reaktoru tikir

Rusiyanın nüvə enerjisi nəhəngi "Rosatom" yaxın həftələrdə Macarıstanda iki yeni nüvə reaktorunun tikintisinə başlayacaq.

Qaynarinfo BBC-ə istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Sijarto Facebook səhifəsində yazıb.

Avropa İttifaqının üzvü olan Macarıstanla Rusiya arasında 2014-cü ildə imzalanmış müqavilə "Paks" AES-in inkişafı ilə bağlıdır.

Ukrayna müharibəsindən sonra Rusiyanın nüvə sənayesi Avropa İttifaqı tərəfindən sanksiyaya məruz qalmayıb.

İttifaqın Rusiyanı təcrid etmək, neft və qaz ixracına embarqo qoymaq istiqamətindəki hərəkətləri Macarıstanın dəstəyini almayıb.

"Paks"  Elektrik Stansiyası hazırda Macarıstanın elektrik enerjisinin 40%-ni istehsal edir.

Macaristan rəsmiləri bildiriblər ki, hər hansı tənqid və əks fikirlərə baxmayaraq, bu layihəni icra edəcəklər.

Qeyd edilir ki, mübahisəli 12 milyard dollarlıq layihənin böyük hissəsi Rusiya tərəfindən maliyyələşdirilir.

Alpər