Xəbər lenti

Rusiya aktyor Aleksey Panini axtarışa verdi: Müharibəyə qarşı çıxdığına görə
Dünya11:47 22.05.2023

Rusiya aktyor Aleksey Panini axtarışa verdi: Müharibəyə qarşı çıxdığına görə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Daxili İşlər Nazirliyi aktyor Aleksey Panini axtarışa verib, kart idarənin məlumat bazasında peyda olub. İdarədən verilən məlumata görə, o, Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır.
Qaynarinfo bu barədə RBC-ya istinadla xəbər verir.
May ayında Paninə qarşı terrorizmə bəraət qazandırmaq iddiasıyla iş açılıb (Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi), onu beş ilə qədər həbs gözləyir. İşin başlanmasına səbəb aktyorun Telegram kanalında Krım körpüsündə baş verən partlayışla bağlı paylaşımı olub.
Panin özü agentliyə bildirib ki, o, Daxili İşlər Nazirliyinin bu qərarını "bütün kanallardan, bütün tanışlardan onlarla mesaj, zəng yağanda” öyrənib. "Hansı məddəylə? Düzünü desəm, mənə qarşı cinayət işinin açılması faktını mən də Amerikada təyyarədə olarkən təsadüfən bildim”.
Paninin fikrincə, "bunların hamısı yumşaq desək, tamamilə cəfəngiyatdır”. Aktyor heç vaxt terrora haqq qazandırmadığını, lakin Odessadakı hücumlardan bir neçə gün sonra baş verdiyi üçün Krım körpüsündə baş verən partlayışlara həqiqətən sevindiyini etiraf edib. O əlavə edib ki, heç nəyi əsaslandırmaq fikrində deyil.
Panin hazırda İspaniyada yaşayır. O, Rusiya Federasiyasının Ukraynada hərbi əməliyyatına qarşıdır.
Alpər