Xəbər lenti

Rusiya amerikalı əsgərlərin öldürülməsi üçün Talibana pul təklif edib (İDDİA)
Dünya19:20 27.06.2020

Rusiya amerikalı əsgərlərin öldürülməsi üçün Talibana pul təklif edib (İDDİA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Əfqanıstanda amerikalı əsgərlərin və koalisiya qüvvələrinə aid hərbçilərin öldürülməsi üçün Taliban qruplaşmasına pul təklif etdiyi deyilir.
Qaynarinfo xəbər verir ki, bu barədə "New York Times" ABŞ kəşfiyyat orqanlarına istinadla məlumat yayıb. Xəbərdə qeyd olunub ki, ABŞ kəşfiyyatı bu barədə məlumatı tutulan Taliban üzvlərinin dindirilməsi zamanı öyrənib.
Sözügedən kəşfiyyat məlumatının ölkə prezidenti Donald Trampa və Milli Təhlükəsizlik Şurasına mart ayında bildirildiyi, administrasiyanın Moskvaya nota verdiyi və Rusiyaya qarşı bəzi sanksiyaların tətbiq edilməsinə qədər bir neçə variantın nəzərdən keçirildiyi qeyd olunub.
Bəzi amerikalı rəsmilər isə Rusiyanın ABŞ-la Taliban arasındakı sülh danışıqlarına kölgə salmaq məqsədilə bu addımı atmış ola biləcəyi qənaətindədirlər.
Camal