
Rusiya Avropa Şurası Parlament Assambleyası ilə dialoqa hazırdır.
Amma Rusiya nümayən heyətinin səlahiyyətlərinin əlindən alınması məsələsi ortaya çıxsa, o, Assambleyanı özü tərk edəcək.
Musavat.com-un "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu Rusiya nümayəndə heyətinin rəhbəri Aleksey Puşkov bildirib.
Qeyd edək ki, AŞ PA Rusiya qoşunlarının dərhal Krımı tərk etməsini tələb edib və Rusiyanın Krımı işğal etməsini pisləyib.
Qaynar.info