
Rusiya aviasiyası Suriyanın Palmira şəhərinin ətrafına sutka ərzində 40 uçuş həyata keçirib. 158 zərbə endirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin saytında bildirilir.
“Terrorçuların 158 obyektinə zərbələr endirilib, nəticədə 100-dən çox terrorçu, 4 tank, 3 artilleriya qurğusu, 4 silah-sursat anbarı və 5 nəqliyyat vasitəsi məhv edilib”, - deyə qurumun məlumatında bildirilir.
Qeyd edək ki, Suriya ordusu Palmira şəhərinin əksər hissəsi üzərində nəzarəti bərpa edib. (apa)
Qaynar.info