Xəbər lenti

Rusiya Avropa ilə sərhəddə nüvə başlıqlı raket zərbələrinin sınağını keçirdi
Dünya08:26 05.05.2022

Rusiya Avropa ilə sərhəddə nüvə başlıqlı raket zərbələrinin sınağını keçirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya silahlı qüvvələri dünən Avropa ilə sərhəddə yerləşən Kalininqrad şəhərində nüvə başlıqlı raket zərbələrini məşq edib.
Qaynarinfo "The Moscow times” saytına istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Nazirliyin açıqlamasında bildirilib ki, qoşunlar nüvə başlıqlı "İskəndər” mobil ballistik raket sistemlərinin elektron buraxılışını sınaqdan keçirib.  
Rusiya silahlı qüvvələri raket sistemləri, aeradromlar, qorunan infrastruktur, hərbi texnika və komanda postları kimi hədəflərə tək və çoxsaylı raket zərbələrini məşq ediblər.
Yüz nəfərin iştirak etdiyi təlimdə qüvvələr həmçinin radiasiya və kimyəvi çirklənmə vəziyyətindəki fəaliyyəti öyrəniblər.
Qeyd edək ki, Rusiya Ukraynaya 24 fevral hücumundan sonra nüvə silahlarını hazırlıq vəziyyətinə gətirib. Prezident Putin isə müharibəyə müdaxilə edilərsə, ildırım sürətli cavab verəcəklərini deyib. 
Nurlan Hüseynov