Xəbər lenti

Rusiya azərbaycanlıları Formula-1-ə dəstək olacaq
İdman08:50 28.04.2016

Rusiya azərbaycanlıları Formula-1-ə dəstək olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin təşkilatçılığı Azərbaycan Mədəniyyətinin inkişafı və İntibahı Fondunun və Ümumrusiya Azərbaycanlıları Konqresinin dəstəyi ilə 2016-cı ildə Azərbaycanda "Avropa Qran Pri Bakı" (Formula 1, Grand Prix of Europe) adı altında keçiriləcək Formula-1 yarışlarının təbliğinə dəstək məqsədi ilə Moskva şəhərində "Moskvada Azərbaycanlı Gənclərin Kuboku" adlı kartinq yarışı keçriləcək. 

Yarışda iştirak etmək istəyən komandalardan komandanın adını və iştirakçıların ad və soyadlarını 18 mayadək [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. Kartinqdə könüllü və ya tamaşaçı kimi iştirak etmək istəyənlər də əlaqə saxlaya bilər.

Yarış 22 may saat 12:00-da Moskva şəhərinda aşağıda qeyd olunan ünvanda keçiriləcək:

Бумажный проезд, дом 19 строение 1, 4 этаж

Əlavə məlumat üçün: 8-925-925-36-39.

Qaynarinfo.az