Xəbər lenti

Rusiya "Azov"u terror təşkilatı kimi tanımağa hazırlaşır
Dünya14:54 17.05.2022

Rusiya "Azov"u terror təşkilatı kimi tanımağa hazırlaşır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mayın sonunda Rusiya Ali Məhkəməsi Baş Prokurorluğun Ukraynanın "Azov" birliyinin terror təşkilatı kimi tanınması və onun Rusiya ərazisində fəaliyyətinə qadağa qoyulması ilə bağlı iddia ərizəsinə baxacaq. 
Qaynarinfo xəbər verir ki, bu barədə "İnterfax” Rusiya Ədliyyə Nazirliyinin saytına istinadən məlumat yayıb. 
"Rusiya Ədliyyə Nazirliyi bildirir ki, "Azov” Ukrayna hərbiləşdirilmiş millətçi birliyinin (digər adlar: "Azov batalyonu", "Azov alayı") terror təşkilatı kimi tanınması və onun ərazisində fəaliyyətinə qadağa qoyulması ilə bağlı inzibati işə mayın 26-da Moskva vaxtı ilə saat 10:00-da Rusiya Ali Məhkəməsinin binasında keçiriləcək məhkəmə iclasında baxılacaq”, deyə məlumatda bildirilir.
Ali Məhkəmədən məlumatı "İnterfaks”a təsdiqləyiblər. Qeyd edilib ki, Baş Prokurorluğun iddiasına qapalı rejimdə baxılacaq.
Nizami Bağırov