Rusiya Ukrayna Müdafiə Nazirliyinin Kiyevdəki Baş Kəşfiyyat İdarəsinin binasına 2022-ci ilin martında və bu il mayın 29-da hücum edib, lakin Vladimir Putinin bildirdiyi kimi, bina dağıdılmayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Economist"
yazır.
"Zabitlər qorxunu xatırlayırlar (2022-ci ilin martında hücum zamanı-red.), raketlər düşəndə pəncərələr qırılıb, ətrafdakı yarımtikili tikililər uçub. İdarə rəisi ilə görüş üçün gözləmə zalında gözləyən kişilər yerə yıxılıblar. Bir müddət sonra yaxınlıqdakı qapı açıldı və oradan general-mayor Kirill Budanov çıxdı. Onlardan biri xatırlayır ki, Budanov "hər şey yaxşıdır” deyib onlara iş başına keçməyi əmr etdi. O, üst-başını təmizləyib, papağını taxıb, çölə çıxıb, dəymiş ziyanı yoxladı", deyə "The Economist” yazır.
İkinci cəhd mayın 29-da olub. "The Economist” yazır ki, onun Rıbalski adasındakı ofisinə ballistik, qanadlı raketlər və pilotsuz təyyarələr tuşlanıb.
"Raketlər binanı və avtomobil körpüsündən yan keçsələr də, dronlar başqa bir binanı cızıblar. Bir gün sonra Vladimir Putin kompleksi məhv edən "dəqiq" hücumla öyündü. Kremlyönlü media general Budanovun Almaniyaya təxliyə olunaraq komaya salındığını yazıb. "The Economist" bu iddiaların heç birinin doğru olmadığını təsdiqləyə bilər”, deyə nəşr yazır.
Nizami Bağırov