Rusiya Ukrayna ordusunun Türkiyə istehsalı olunan pilotsuz uçuş aparatlarından ("Bayraktar TB2") istifadə etməsindən Türkiyə hakimiyyətinə şikayət edib.
Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, bu barədə cümə günü keçirilən brifinqdə Türkiyə hökumətinin rəsmisi
danışıb.
Artıq rəsmi Ankara Rusiyanın şikayətinə cavab verib: "Rəsmi Moskvaya bildirilib ki, Türkiyənin pilotsuz təyyarə istehsalçısı "Baykar Technologies" özəl şirkətdir və Ukrayna tərəfindən bu cihazların alınması müharibədən əvvəl tamamlanıb".
CNN qeyd edir ki, türk PUA-ları Ukrayna Silahlı Qüvvələrinin arsenalında ən təsirli silahlardan birinə çevrilib. "Bayraktar TB2" Ukrayna rəsmiləri və hərbi ekspertlər tərəfindən tez-tez təriflənir.
Qeyd edək ki, "Bayraktar TB2" Ukraynada bir çox Rusiya texnikasını, həmçinin "Uraqan” reaktiv yaylım atəş sistemini məhv edib.
Aydın
<script async="" src="https://telegram.org/js/telegram-widget.js?18" data-telegram-post="uniannet/37658" data-width="100%">
//