Britaniya kəşfiyyatı Rusiyanın Belarus qoşunlarından NATO-ya qarşı güc nümayiş etdirmək üçün istifadə etməyə çalışdığını ehtimal edir.
Qaynarinfo xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin cümə günü, avqustun 11-də dərc edilmiş kəşfiyyat hesabatında
deyilir.
Belarus Müdafiə Nazirliyinin 6-cı əlahiddə qvardiya mexanikləşdirilmiş briqadasının (6-cı motoatıcı briqada) Belarusun şimal-qərbində, Polşa və Litva sərhədləri yaxınlığında yerləşən Qrodno rayonunda təlimlər keçirəcəyi ilə bağlı bəyanatı təhlil edilib.
Kəşfiyyatçılar qeyd edirlər ki, bu xüsusi təlimlər çox güman ki, Belarus hərbçilərinin təlimlərinin bir hissəsidir.
Bildirilir ki, 6-cı motoatıcı briqadanın baza qarnizonu Qrodnoda yerləşir, ona görə də bu birləşmənin döyüşə hazır olması üçün lazım olan dəstək vasitələri ilə yerləşdirilməsi ehtimalı azdır.
Belarus Müdafiə Nazirliyi qeyd edib ki, guya təlimlər Rusiya hərbçilərinin Ukraynada əldə etdiyi təcrübəni nəzərə almaq məqsədi daşıyır.
Britaniya kəşfiyyatı bildirib ki, az sayda "Vaqner” muzdlusunun "təlim rolunu yerinə yetirmək” üçün Belarus qoşunlarına qoşulması ehtimalı realdır.
Nizami Bağırov