Xəbər lenti

Rusiya Belarusda silsilə terror aktları hazırlayır – Kəşfiyyat
Dünya17:23 24.06.2022

Rusiya Belarusda silsilə terror aktları hazırlayır – Kəşfiyyat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Belarusda silsilə terror aktları törətməyə hazırlaşır. Beləliklə, o, ölkəni Ukraynaya qarşı müharibəyə cəlb etməyi planlaşdırır.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Telegram kanalında məlumat verib. Belarusu Ukraynaya qarşı hərbi münaqişəyə cəlb etmək üçün Rusiya ölkədəki infrastruktur obyektlərinə və mülki əhaliyə qarşı silsilə təxribatlar hazırlayır.
"Bunun üçün mülki şəxslər adı altında Mozır şəhərinə təxribat qrupları gəlib. Onların arasında Rusiya Federasiyasının Baş Kəşfiyyat İdarəsinin əməkdaşları, Priqojin və Şoyqunun nəzarətində olan özəl hərbi şirkətlərin muzdluları var", - kəşfiyyatın mətbuat xidməti yazır.
Təxribatçı qruplar ölkədə silsilə terror aktları törətməyə hazırlaşır. Beləliklə, Rusiya Çeçenistan müharibəsi zamanı Kremlin istifadə etdiyi oxşar senarini təkrarlamağı planlaşdırır.
"Həmin vaxt Rusiya xüsusi xidmət orqanları Ryazanda bir neçə evdə partlayış təşkil edərək, bunda mifik "çeçen yaraqlılarını” günahlandırmışdı”, - mətbuat xidməti əlavə edir.
Kəşfiyyat məlumatlarına görə, QRU aşağıdakıları planlaşdırır:
- Mozır Neft Emalı Zavoduna, mülki infrastruktur obyektlərinə və yaşayış məntəqələrinə artilleriya və raket hücumları;
- evləri, xəstəxanaları və məktəbləri partlatmaq.
"Bu, "xüsusi əməliyyat"ın Kreml kuratorlarının fikrincə, Lukaşenko üçün qondarma "causus belli" yaradacaq. Yəni, müharibənin başlaması üçün formal səbəb olacaq", - kəşfiyyat qeyd edir.
Beləliklə, guya Aleksandr Lukaşenkonun müharibədən yayınmaq imkanı olmayacaq və bu arada Belarus ordusunun zabitləri artıq Mozırdan ailələrin təxliyyəsinə başlayıblar. 
Nizami Bağırov