Dünya 16:03 06.12.2022

Rusiya bir neçə günə Ukraynaya yeni kütləvi zərbə endirməyə başlaya bilər - HHQ

Rusiyanın yeni kütləvi raket zərbəsinə hazırlaşması bir neçə gün çəkəcək.

Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının mətbuat katibi Yuri İqnat dekabrın 6-da keçirdiyi brifinqdə bildirib.
 
O deyib ki, təlimlərə raketlərin marşrutunun proqramlaşdırılması və müxtəlif növ kəşfiyyat məlumatlarının toplanması daxildir.

Həmçinin ruslar hava hücumundan müdafiə sistemində "zəif yerləri” hesablayaraq zenit-raket komplekslərinin yerləşdirilməsini nəzərə alacaqlar.

"Yeni zərbəyə hazırlaşmaq üçün nə qədər vaxt lazımdır? Bu, bir gün deyil, təxminən bir neçə gün ola bilər. Raketlərin marşrutu proqramlaşdırılır, müxtəlif növ kəşfiyyat məlumatları toplanır. Onlar həmçinin, hava hücumundan müdafiə sistemlərimizin yerləşdirilməsi - onların harada olması, necə yan keçməsi, hava hücumundan müdafiə sistemindəki zəifliklər daxil hücuma dair məlumatlar toplayırlar. Bütün bunlar ümumiləşdirilir və bütün bu tədbirlər görülür. Ondan sonra onlar raket zərbəsini necə endirə biləcəklərini artıq müəyyənləşdirirlər”.

İqnat dekabrın 5-də Ukraynaya qarşı kütləvi hücumun ruslar tərəfindən əvvəlcədən hazırlandığını vurğulayıb.

"Hətta bir qədər əvvəlki kimi bu zərbələr kütləvi olsa belə, aydındır ki, bu, hansısa partlayışdan sonra kortəbii qərar deyildi, əvvəlcədən hazırlanmışdı", - HHQ-nin spikeri qeyd edib.

Bu ərəfədə İqnat Rusiyanın bu gün, dekabrın 6-da Ukraynanı vura biləcəyinin iki səbəbinin səsləndirib: "Birincisi, bayram (Ukrayna Silahlı Qüvvələri günü - UNİAN.). İkincisi isə belə bir tendensiya görürük ki, onlar 10-11 oktyabrda, 17-18 oktyabrda bir gün zərbə endirdilər, ikincisində isə ondan bir az az vurdular, ancaq hər bir halda yenə də vurdular”.

Alpər