Rusiya biznesinin nümayəndələri ABŞ-ın Rusiya Federasiyasındakı Ticarət Palatasının rəhbəri Robert Agi ilə görüşüb və sanksiyaların mümkün ləğvi və Rusiya banklarının SWIFT-ə qaytarılması məsələlərini müzakirə ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya KİV-i Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının (RSPP) rəhbəri Aleksandr Şoxinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, RSPP Ticarət Palatasına ABŞ administrasiyasına Rusiya banklarının SWIFT sisteminə qaytarılmasını və normal hesablaşmaların bərpasını tövsiyə etməyi təklif edib.
Həmçinin, Şoxinin sözlərinə görə, mövzulara mülki aviasiya, ehtiyat hissələri, komponentlər, mülki gəmilərə texniki qulluq, vətəndaşların təhlükəsizliyi ilə bağlı məsələlər daxildir.
Rusiya Sənayeçilər və Sahibkarlar Federasiyası gözləyir ki, ABŞ prezidenti Donald Tramp və Rusiya diktatoru Vladimir Putin arasında görüş baş tutana qədər təkliflər Amerika tərəfinə təqdim olunacaq.
Aydın