Xəbər lenti

Rusiya biznesi Ermənistana transfer olunur? - Rus hüquqşünaslar fəaliyyyətə keçdi
Dünya14:22 02.03.2022

Rusiya biznesi Ermənistana transfer olunur? - Rus hüquqşünaslar fəaliyyyətə keçdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya biznesi Ukraynada baş verən son hadisələr fonunda Ermənistanda şirkətlərin açılması imkanları ilə maraqlanır. 
Qaynarinfo xəbər verir ki, bunu Sputnik Ermənistan-a müsahibəsində "Armenbrok” konsaltinq şirkətinin baş direktoru Aram Kayfacyan deyib.
O, bildirib ki, ona müraciət edən investorlar deyil, biznesin maraqlarını təmsil edən Rusiya hüquq firmaları olub. Bu və ya digər şəkildə rus hüquqşünasları Ermənistanda biznesin necə qeydiyyata alınması, bura pul köçürmələri, Ermənistan üçün beynəlxalq məhdudiyyətlərin olub-olmaması ilə maraqlanıblar.
"Yəni, müəyyən sayda şirkət öz biznesini qismən də olsa ölkəmizə köçürməkdə və ya Ermənistan vasitəsilə əməliyyatlar aparmaqda maraqlıdır”, - Kayfacyan əlavə edib.
Əgər biz Ermənistana Rusiya investisiyalarının ümumi axınından danışırıqsa, o zaman başa düşməliyik ki, onlar azala bilərlər, - ekspert vurğulayıb.
"İqtisadiyyatımız üçün birinin digərini nə dərəcədə kompensasiya etdiyini söyləmək hələ də çətindir”, o əlavə edib.
Alpər