Rusiya Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin Ukraynada "Pasxa humanitar pauzası” tətbiq etmək təklifini rədd edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa "Twitter” səhifəsində
yazıb.
"Moskva fürerinin mövqeyi bir neçə saat ərzində Təhlükəsizlik Şurasında açıqlandı", - o, Rusiya nümayəndəsinin çıxışının videosunu yerləşdirərək yazıb.
Səs yazısında o, Ukraynanın "denazifikasiyası” və "azad edilməsi” ilə bağlı Kremlin təbliğatının ruhunda oxuyur, barışıq çağırışını yenidən toplanmaları üçün "Kiyev millətçiləri və radikallarına möhlət vermək istəyi” adlandırır.
Xatırladaq ki, BMT-nin baş katibi münaqişə tərəflərini aprelin 21-dən pravoslav Pasxa bazar gününə qədər "Pasxa barışığı” elan etməyə çağırıb. Onun sözlərinə görə, belə bir atəşkəs Ukraynanın hərbi əməliyyatların əhatə etdiyi ərazilərdən daha çox mülki vətəndaşın təxliyyə edilməsinə, humanitar təşkilatların isə zərərçəkənlərə yardım göstərməsinə imkan verəcək. Ukrayna bu təkliflə razılaşıb.
Alpər
<script async="" src="https://telegram.org/js/telegram-widget.js?19" data-telegram-post="uniannet/48661" data-width="100%">
//