ABŞ Rusiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan məhrum edə biləcəyinə inanmır.
Qaynarinfo Rosbalt.ru-ya istinadla xəbər verir ki, bu sözləri Ağ Evin mətbuat katibi Cen Psaki
deyib.
Onun sözlərinə görə, Rusiya Federasiyasının BMT Təhlükəsizlik Şurasından çıxarılmasına ümid etmək olmaz.
Eyni zamanda, Psakinin sözlərinə görə, ölkənin BMT-nin İnsan Hüquqları Şurasına üzvlüyünü dayandırmaq qərarı onun Ukraynadakı hərəkətlərinə "qlobal reaksiyanın sübutudur”.
Bundan əvvəl ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild demişdi ki, Qərb Rusiyanı təcrid etmək üçün hər cür səy göstərəcək, lakin onu BMT Təhlükəsizlik Şurasından çıxarmaq mümkün deyil.
Bu arada Ukrayna prezidenti Vladimir Zelenski BMT Təhlükəsizlik Şurasını "özünü ləğv etməyə və ya Rusiyanı xaric etməyə” çağırıb.
Alpər