
Vitali Çurkin: “Ukraynanın şərqində zorakılıq dayandırılmalıdır”
Rusiya Ukraynanın Donetsk vilayətində apardığı antiterror əməliyyatlarına görə BMT Təhlükəsizlik Şurasının növbədən kənar iclasını çağırıb.
ANS PRESS-in məlumatına görə, iclas Bakıda vaxtı ilə saat 22.00-da başlayıb. Rusiyanın BMT-də olan daimi nümayəndəsi Vitali Çurkin bəyan edib ki, ölkəsi Ukraynanın şərqində zorakılığı dayandırmağa çağırır. O, çıxışında Ukrayna güc strukturlarının Slavyanskda apardığı əməliyyatları "divan tutma" adlandırıb və bildirib ki, Kiyevin mövqeyi "böhranın sülhlə həlli yollarını" aradan qaldırır.
Qeyd edək ki, Ukrayna prezidenti vəzifəsini icra edən Aleksandr Turçinov bu gün ölkə vətəndaşlarına müraciətində Slavyansk şəhərində aparılan antiterror əməliyyatlarından danışıb. Turçinovun sözlərinə görə, bu gün şəhərdə aparılan əməliyyatlar nəticəsində Slavyansk şəhərindəki bütün nəzarət-buraxılış məntəqələri və atəş nöqtələri dağıdılıb.
Beləliklə, Ukrayna hərbçiləri şəhəri tamamilə nəzarətə götürüblər.
Qaynar.info