Xəbər lenti

Rusiya BMT-yə şərtləri yerinə yetirmək üçün 3 ay vaxt verdi
Dünya06:29 19.07.2023

Rusiya BMT-yə şərtləri yerinə yetirmək üçün 3 ay vaxt verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, BMT-nin Rusiya ilə taxıl və gübrələrin ixracına dair memorandumu həyata keçirmək üçün üç ay vaxtı var.
Qaynarinfo bu barədə "RİA Novosti"yə istinadən xəbər verir. 
"BMT-nin konkret nəticələrə nail olmaq üçün daha üç ayı var", deyə Zaxarova bildirib.
XİN rəsmisinin sözlərinə görə, Rusiya taxıl sövdələşməsinə Qərb və BMT-nin növbəti "təminatları” və "vədləri” deyil, yalnız sazişin Rusiya hissəsinin həyata keçirilməsində konkret nəticələrdən sonra qayıtmağa razıdır. 
Qeyd edək ki, Rusiya, Ukrayna, Türkiyə və BMT arasında "taxıl sazişi" başa çatıb. Rusiya müqaviləni uzatmaqdan imtina edir.
Aydın