Xəbər lenti

Rusiya Boris Consonun süqutunu bayram edir: “Axmaq təlxək”
Dünya08:05 08.07.2022

Rusiya Boris Consonun süqutunu bayram edir: “Axmaq təlxək”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kloun gedir.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu sözləri Rusiya parlamentinin aşağı palatasının spikeri Vyaçeslav Volodin deyib.
Rusiya siyasətçiləri Boris Consonun süqutunu qeyd etmək üçün növbəyə düzülüblər. Onlar Britaniya liderini Ukraynanı Rusiyaya qarşı silahlandırdığına görə nəhayət layiqli mükafatını almış "axmaq təlxək” kimi təqdim edirlər. 
"Ukraynadakı bu mənasız münaqişədə on minlərlə insanın həyatına görə vicdanı ağrıyacaq axmaq təlxək üçün şərəfli son oldu”,- Rusiyalı maqnat Oleq Deripaska Telegram-da yazıb.
Rusiya parlamentinin aşağı palatasının spikeri Vyaçeslav Volodin isə belə deyib: "Kloun gedir. O, son ukraynalıya qədər Rusiyaya qarşı müharibənin əsas ideoloqlarından biridir. Avropa liderləri belə bir siyasətin hara aparacağını düşünməlidirlər”.
Vladimir Putin fevralın 24-də işğalı əmr etməmişdən əvvəl də Conson Putini dəfələrlə tənqid edib, onu öz çılğın ambisiyaları ilə dünyanı təhlükə altına alan amansız və məntiqsiz Kreml şefi adlandırıb.
İşğaldan sonra Conson Britaniyanı Ukraynanın ən böyük Qərb dəstəkçilərindən birinə çevirdi. O Ukraynaya silah göndərdi, Rusiyaya qarşı müasir tarixin ən sərt sanksiyalarını tətbiq etdi və Ukraynanı Rusiyanın silahlı qüvvələrini məğlub etməyə çağırdı. O, Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşmək üçün iki dəfə Kiyevə getmişdi.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, Consonun devrilməsinin Qərbdə siyasi, ideoloji və iqtisadi böhranın səbəb olduğu tənəzzülün əlaməti olduğunu deyib. 
"Əhvalatın məntiqi belədir: Rusiyanı məhv etməyə çalışmayın, Rusiyanı məhv etmək olmaz. Onun üzərində dişlərinizi qıra bilərsiniz - sonra onlar sizi boğa bilər",- Zaxarova deyib. 
Nurlan Hüseynov