Xəbər lenti

Rusiya bu gecə NATO ölkəsini vurub?
Dünya10:03 04.09.2023

Rusiya bu gecə NATO ölkəsini vurub?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gecə Rusiyanın İzmail limanı ərazisinə kütləvi hücumu zamanı Rusiya "Şahed”ləri Rumıniya ərazisinə düşüb və partlayıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko Ukrayna Dövlət Sərhəd Xidmətinə istinadən öz "Facebook" səhifəsində yazıb.
O, həmçinin ehtimal olunan partlayışın fotosunu da yerləşdirib. 
Bir qədər sonra "Reuters" nazirliyin sözçüsünə istinadən bildirib ki, Rumıniya Müdafiə Nazirliyi Rusiya pilotsuz uçuş aparatlarının Dunay çayında Ukraynanın liman infrastrukturuna gecə hücumu zamanı Rumıniya ərazisinə düşərək partlaması barədə xəbərləri təkzib edib. O, nazirliyin bazar ertəsi daha sonra açıqlama verəcəyini də bildirib. 
"Viața Liberă” nəşrinin məlumatına görə, sentyabrın 3-nə keçən gecə Rusiya Federasiyasının Odessa vilayətində İzmail və Reniyə endirdiyi zərbələr zamanı Rumıniyanın Qalats şəhərində güclü partlayış səsləri eşidilib.
Yerli sakinlərin sözlərinə görə, partlayışlar nəticəsində onlar səs-küy və vibrasiya eşidiblər.
"Bu gecə saat 02.00-dan sonra dəhşətli səslər eşidilirdi, pəncərələr titrəyirdi. Düşünürəm ki, bir saat ərzində dörd və ya beş belə hal oldu, bəlkə də daha az”, - "Mənim şəhərim Qalats” Assosiasiyasından Boqdan Radu Brinzan "Facebook"da yazıb.
Sentyabrın 3-də Odessa vilayətində "Şahed”lərin hücumu nəticəsində liman infrastrukturunda zərbələr olub. Hadisə yerində yanğın baş verib, iki nəfər xəsarət alıb.
Rumıniya 2004-cü ildən NATO-nun üzvüdür.
Nizami Bağırov