İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının yaydığı məlumata görə, gənclər arasında ən çox spirtli içki istifadə edən ölkə Rusiyadır. Bu ölkədə hər il 500 min adam alkoqolizm səbəbilə vəfat edir.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Rusiya spirtli içki istehsal edən və bu səbəbdən ölüm sayının artmasına görə dünyada birinci ölkədir.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) 1992-2012-ci illərini əhatə edən dövrlə bağlı hesabat hazırlayıb. Hesabata görə, son 20 il ərzində inkişaf etmiş ölkələrdə spirtli içkilərin istifadəsi 2,5 faiz azalıb.
2012-ci ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı üzv ölkələrdə adam başına ortalama 9,1 litr təmiz spirt istehsal olunub. Estoniya, Avstralya, Fransa kimi ölkələrdə bu rəqəm 12 litrdir. İsrail, Cənubi Koreya, ABŞ, Kanada, Türkiyə və İndoneziya ən az alkol istifadə edilən ölkələr hesab olunurlar. Bütün bunlara baxmayaraq, spirtli içkilərin istifadəsinin artdığı ölkələr də var: Gənclər arasında ən çox spirtli içkilərə alidəçilik Rusiyada müşahidə edilib. Daha sonrakı yerləri Estoniya, Hindistan və Çin gəlir.
Norveç, İslandiya, Polşa, İsveç, Finlandiya, İngiltərə və İrlandiyada da gənclər arasında sriptli içkilərə aludəçilik artır.
Ümumdünya Səhiyyə Təşkilatı 2014-cü ilin sonlarında yaydığı açıqlamaya görə, dünyada alkol və buna bağlı səbəblərdən ildə 3 milyondan çox adam ölür.
Qaynar.info