Xəbər lenti

Rusiya bu ölkəyə hücum hazırlayır - Təhlükəsizlik Şurasının rəhbəri açıqladı
Dünya17:05 19.12.2022

Rusiya bu ölkəyə hücum hazırlayır - Təhlükəsizlik Şurasının rəhbəri açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moldova Təhlükəsizlik Şurasının rəhbəri Aleksandru Musteatsa hesab edir ki, Rusiya 2023-cü ildə ölkəsinə hücum planı hazırlayır. Onun sözlərinə görə, bu planın həyata keçirilməsi Ukraynada hərbi münaqişənin inkişafından asılıdır. O, yaxınlaşan hücuma dair heç bir sübut təqdim etməyib.
Qaynarinfo xəbər verir ki, o, bu barədə Moldovanın TVR telekanalına müsahibəsində bildirib.
"Məsələ Rusiya Federasiyasının Moldova Respublikası ərazisini işğal edib-etməyəcəyi deyil, bunun nə vaxt baş verəcəyidir: ya ilin əvvəlində - yanvar-fevralda, ya da daha sonra - mart-apreldə. Amma bizdə olan məlumata görə, Rusiya Federasiyası bunu etmək niyyətindədir”, - Musteatsa bildirib.
Moldova Təhlükəsizlik Şurasının rəhbəri hesab edir ki, Rusiya onun ölkəsinə Dnestryanı ərazisindən müdaxilə edəcək. Onun sözlərinə görə, hücum üçün Moldovanın Kolbasna kəndində yerləşən Avropanın ən böyük silah-sursat anbarından (orada 20 min ton sursat saxlanılır) istifadə olunacaq. 
Daha əvvəl Musteatsa Moldovada Rusiyanın təsir agentlərinin fəaliyyət göstərdiyini və bununla da Rusiyanın hibrid müharibə apardığını bildirmişdi.
Nizami Bağırov