Rusiya bu qış Avropaya qaz nəqlini dayandıra bilər. Bununla bağlı Avropa ölkələri qış mövsümünə hazırlıqları Rusiya qazı olmadan davam etdirməyə çağırıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol "Financial Times”a müsahibəsində
bildirib.
"Avropa Rusiya qazının tamamilə kəsiləcəyinə hazır olmalıdır. Qış yaxınlaşdıqca, Rusiyanın niyyətlərini daha yaxşı anlayırıq", - Birol bildirib.
Onun sözlərinə görə, Rusiya qazdan Avropaya təsir rıçaqı kimi istifadə edir və buna görə də nəqli gecikdirib azaldır.
Enerji böhranı fonunda Birol Avropa ölkələrini qaza tələbatı azaltmaq üçün köhnə atom elektrik stansiyalarını işlək vəziyyətdə saxlamağa çağırır.
"Avropa ölkələri tərəfindən qaza tələbatın azaldılması üçün bu həftə kömürlə işləyən köhnə elektrik stansiyalarının işə salınması kimi fövqəladə tədbirlər, karbon emissiyalarının artması qorxusuna baxmayaraq, böhranın miqyası ilə əsaslandırıldı", - Birol əlavə edib.
Nizami Bağırov