Xəbər lenti

Rusiya böyük hücuma hazırlaşır- Hərbi texnika irəliləyir
Dünya12:45 12.11.2014

Rusiya böyük hücuma hazırlaşır- Hərbi texnika irəliləyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

BMT Təhlükəsizlik Şurası Ukraynadakı hərbi vəziyyətlə bağlı təcili toplantı keçirməyi qərar alıb. İclas bu gün Nyu York vaxtı ilə saat 14.30-da başlayacaq.

ANN.Az xarici mətbuata istinadən xəbər verir ki, iclasın çağrılmasını Ukraynanın BMT-dəki daimi nümayəndəsi Yuriy Sergeyev ölkəsindəki hərbi-siyasi durumun pis olmasını əsas göstərərək istəyib.

Y.Sergeyev Rusiyanın Ukrayna sərhədinə çox sayda əsgər yığdığını və Ukraynadakı seperatçılara yeni silah dəstəyi göstərdiyini irəli sürüb: "Son hadisələr göstərir ki, Rusiya Ukraynaya yönəlik böyük bir hücum planlayır. Bu mövzuda BMT-nin ən qısa müddətdə məlumatlandırılması lazımdır".

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Ukraynadakı Xüsusi Müşahidə Missiyasının yaydığı məumatda "Ölkənin şərqində vəzifəsini yerinə yetirən ATƏT müşahidəçilərinin noyabrın 11-də Donetskin mərkəzinə 3 kilometr məsafədə şəhərə doğru irəliləyən və naməlum 43 hərbi yük maşını təsbit etdiyi" yazılıb. Həmin yük maşınlarının 5-də 120 millimetrli havan topları, digər 5 yük maşınında isə çox lüləli roketatar sistemlərini daşıdığı ifadə edilib.

Qaynar.info