Xəbər lenti

Rusiya Çinlə sərhəddə hərbi təlimlərə başlayır
Dünya07:37 27.07.2022

Rusiya Çinlə sərhəddə hərbi təlimlərə başlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya gələn aydan etibarən ölkənin şərqində strateji hərbi təlimlər keçirməyi planlaşdırır.
Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
  
"Vostok” (Şərq) təlimləri avqustun 30-dan sentyabrın 5-dək keçiriləcək.
Nazirlik bəyanatında vurğulayıb ki, Ukraynadakı "xüsusi hərbi əməliyyat” Rusiyanın bu cür təlimlər keçirmək qabiliyyətinə təsir etmir. Nazirlik Rusiyanın heç bir təlim fəaliyyətini və ya beynəlxalq əməkdaşlığı ləğv etmədiyini və təlimlərin bütün lazımi heyət, silah və texnika ilə təmin ediləcəyini bildirib.
"Diqqətinizi ona yönəldirik ki, Rusiya Federasiyası Silahlı Qüvvələrinin yalnız bir hissəsi Ukraynada xüsusi hərbi əməliyyatda iştirak edir, onların sayı Ali Baş Komandanın qarşıya qoyduğu bütün vəzifələri yerinə yetirmək üçün kifayətdir”, - bəyanatda deyilir.
Qarşıdakı təlimlər Sibirin bir hissəsini əhatə edən və qərargahı Çin sərhədi yaxınlığında yerləşən Xabarovskdakı şərq hərbi dairəsində keçiriləcək. Təlimə bəzi xarici ölkələrdən də hərbçilərin qoşulacağı bildirilir.
Nurlan