Xəbər lenti

Rusiya çip istehsalı üçün vacib olan nadir qazların ixracını məhdudlaşdırır
Dünya08:03 03.06.2022

Rusiya çip istehsalı üçün vacib olan nadir qazların ixracını məhdudlaşdırır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya 2022-ci ilin sonuna qədər çiplərin istehsalı üçün əsas tərkib hissəsi olan neon kimi inert qazların ixracını məhdudlaşdırıb.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Ticarət Nazirliyi bildirib.
Rusiyanın ixrac məhdudiyyətləri qlobal çip bazarında tədarük böhranını daha da pisləşdirə bilər. 
Ukrayna mart ayında Mariupol və Odessa şəhərlərindəki zavodlarında hasilatı dayandırana qədər dünyanın ən böyük nadir qaz tədarükçülərindən biri olub.
Rusiya hökuməti mayın 30-da bildirib ki, Rusiyanın əvvəllər Yaponiya və digər ölkələrə tədarük etdiyi nadir qazların ixracına dekabrın 31-dək yalnız dövlətin xüsusi razılığı ilə icazə veriləcək.
Nazirliyin hesablamalarına görə, qlobal nadir qaz tədarükünün 30%-i Rusiyanın payına düşür.
Dünyanın aparıcı çip istehsalçısı olan Tayvan Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra çiplərin Rusiyaya ixracına məhdudiyyətlər qoyub.
"Yaxın gələcəkdə istehsal gücümüzü (nadir qazlar) artırmağı planlaşdırırıq. İnanırıq ki, bu qlobal zəncirdə eşidilməyimizə və həmkarlarımızla qarşılıqlı faydalı danışıqlar qurmaq lazım gələrsə, bizə müəyyən rəqabət üstünlüyü verəcək”, - Rusiya Ticarət nazirinin müavini Vasili Şpak bildirib.
Nurlan Hüseynov